Bir tavada kərə yağını əridib tikələri oraya əlavə edin. Bir az qovurduqdan sonra üzərinə uzun-uzun doğranmış soğanları da əlavə edin. Ardınca şabalıdı və nar dənələrini də qatın. Zəfəran suyu və azca su tökdükdən sonra qaynamağa buraxın. Bir qədər bişdikdən sonra tkemali – qırmızı alça sousunu və qara istiotu əlavə edin. Yemək tam hazır olduqda acılı bibər sousu və zövqə görə göyərti ilə servis edin.