smallimage

Resept

Əriştə plov

Tərkib:

Uzun düyü – 500 qr.

Əriştə - 400 qr.

Toyuq əti – 1 kq.

Baş soğan – 150 qr.

Kərə yağı – 150 qr.

Lavaş – 4-5 ədəd

Lobya – 120 qr.

Zəfəran suyu 

Duz – 25 qr.

Pul bibər – 5 qr.

Acılı pomidor sousu

Zeytun yağı

Hazırlanması:

Toyuğu təmizləyib, tikələrə ayırıb bir qaba yığın. Üzərinə doğranmış soğanı əlavə edin. Ardınca acılı pomidor sousu və rozmarinli zeytun yağını da tökün. Yaxşıca qarışdırın ki, sousun ləzzəti ətin canına hopsun. 

Başqa bir qazanda suya duz töküb qaynadın. Su qaynayınca əvvəlcədən islatdığınız düyüləri qazana tökün. Ardınca qurudulmuş əriştələri və öncədən bişirilmiş lobya dənələrini də tökün. Bişincə süzüb kənara qoyun.

Boş bir qazanın dibinə hazır lavaşları düzün. Üzərinə sousda gözlədilmiş toyuqları düzün. Üstünü yenidən lavaşla örtüb bişmiş əriştəli düyünü əlavə edin. Rozmarinli zeytun yağından töküb zəfəran suyu ilə dadlandırın. Bu qədər. Nuş olsun!